“Ayaks” klubu Niderland çempionatının qalibi olub

Futbol üzrə Niderland Erediviziyasında cari mövsümün qalibi
müəyyənləşib.

Trend xəbər
verir ki, XXXIII turda evdə “Herenven”i 5:0 hesabı ilə məğlub edən
“Ayaks” vaxtından əvvəl qızıl medallara sahib çıxıb. Sona 1 tur
qalmış çempionluğunu rəsmiləşdirən Amsterdam təmsilçisi ümumilikdə
36-cı dəfə bu titula yiyələnərək, ölkə futbolu tarixində bu
nəticəni göstərmiş ilk klub olub.

Komanda bu qələbədən sonra xallarını 82-yə çatdırıb.

Qeyd edək ki, PSV (78 xal) gümüş, “Feyenoord” (71 xal) isə
bürünc medalların sahibi olub.

Teqlər: