Finlandiya Murmanskdakı Baş konsulluğunu bağladı

Finlandiya Murmanskdakı Baş konsulluğunu bağladı

Finlandiya Rusiyanın Murmansk şəhərindəki Baş Konsulluğunu müvəqqəti olaraq bağlayıb.

AzerTimes xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.

Buna səbəb kimi diplomatik missiyanın əsas vəzifələrinin əhəmiyyətli dərəcədə azalması göstərilib.

Xatırladaq ki, Finlandiya hökuməti Rusiya vətəndaşlarının istənilən Şengen vizası əsasında turizm məqsədilə ölkəyə daxil olmasını qadağan edib. Rusiya vətəndaşları Finlandiyaya yalnız işləmək, təhsil almaq və qohumlarına baş çəkmək üçün gedə bilərlər.

Teqlər: