Dünyanın ən bahalı 5 şirkəti elan olundu

Dünyanın ən bahalı 5 şirkəti elan olundu

“Amazon” şirkəti 299.3 milyard dollarla dünyanın ən bahalı brendi adını qazanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Brand Finance Global 500” məlumat yayıb.

İkinci yerdə 297.5 milyard dollarla “Əpl” qərarlaşıb. Şirkətin dəyəri ötən ildən bəri 16 faiz düşüb.

“Quql” şirkəti isə 281.4 milyard dollarla dünyanın 3-cü ən bahalı brendi olub.

Siyahıda “Maykrosoft” (191.6 milyard dollar) və “Volmart” (113.8 milyard dollar) da yer alıb.

Teqlər: