Finlandiya lideri Prezident İlham Əliyevi təbrik edib

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistödən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məkubu
gəlib.

Məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – müstəqilliyinizin 104-cü ildönümü
münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi
çatdırıram. Sizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza
firavanlıq, əmin-amanlıq, tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

Teqlər: