Filippində “Meqi” tropik fırtınası nəticəsində ölənlərin sayı 172 nəfərə çatıb

Filippində 2,01 milyondan çox insan “Meqi” tropik fırtınasından
zərər çəkib.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin Risklərin qarşısının alınması və
təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şuranın
hesabatında deyilib.

Məlumata əsasən, hadisə nəticəsində 172 nəfər həlak olub.

Bildirilib ki, siklon doqquz rayona yayılıb. 395,9 mindən çox
insan 909 təxliyyə məntəqəsinə köçürülüb, 33,4 min nəfər əvvəlcədən
təxliyə edilib. 8 nəfər yaralanıb, 110 nəfər itkin düşüb.

Yenilənmiş məlumata görə, “Meqi” fırtınası nəticəsində 9,7 min
evə ziyan dəyib, ilkin zərərin məbləği 709,5 min peso (13,5 min
dollar) təşkil edib. 517 daşqın və 88 torpaq sürüşməsi qeydə
alınıb.