CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 395 nəfərə çatıb

Cənubi Afrika Respublikasının Durban şəhərində daşqınlar
nəticəsində ölənlərin sayı 395 nəfərə çatıb.

Trend xəbər verir ki, eyni zamanda onlarla insan itkin düşmüş
sayılır, onların axtarışlarında polislər, ordu və könüllü
xilasedicilər iştirak edirlər.

Daşqınlar 41 minə yaxın insana zərər vurub, 13,5 mindən çox evə
ziyan dəyib, onlardan 4 mini tamamilə dağılıb.