Yevlaxda zəlzələ olub

Mingəçevir stansiyasından 6 km cənub-qərbdə Yevlax ərazisində
zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzindən AzerTimes-a bildirilib ki, yeraltı təkanlar aprelin 17-də,
yerli vaxtla saat 01:05-də qeydə alınıb.

Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər
hiss olunub.

Teqlər: