Filippində 6,1 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji
Mərkəzindən bildirilib.
Məlumata əsasən, yeraltı təkanların episentri Nasuqbu yaşayış
məntəqəsindən 7 kilometr cənub-şərqdə, ocağı isə 175 kilometr
dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat
verilməyib.