Yunanıstanda “meymun çiçəyi” xəstəliyinə mümkün yoluxma halı aşkar edilib

Yunanıstanda “meymun çiçəyi” xəstəliyinə ilk mümkün yoluxma halı
aşkar edilib, laboratoriya tədqiqatının nəticələri gözlənilir.

Trend xəbər verir ki, bu barədə Yunanıstanın İctimai Səhiyyə
üzrə Milli Təşkilatından (EODY) bildiriblər.

“Yunanıstanda ilk mümkün “meymun çiçəyi” yoluxması araşdırılır.
EODY analiz üçün nümunələr alıb, onlar ixtisaslaşmış laboratoriyaya
göndərilib, nəticələr bazar ertəsi bəlli olacaq”, – deyə açıqlamada
bildirilir.

Qeyd edilir ki, mümkün yoluxma halı ingilis turistdə aşkar
edilib.