Filippin sahillərində 5,5 bal gücündə zəlzələ olub

Filippin sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən
verdiyi məlumata görə, yeraltı təkanların episentri Laoaq
şəhərindən 123 kilometr şimal-şərqdə, ocağı isə 45 kilometr
dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar, dağıntılar və sunami
təhlükəsi barədə məlumat verilməyib.