Astarada qanunsuz ov edən şəxs aşkarlanıb

Astarada qanunsuz ov edən şəxs aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının
qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması
hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti
tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Astara
rayon Pensər kənd sakini F.Əliyev saxlanılıb. Ondan qanunsuz olaraq
ovladığı çöl quşları və 1ədəd ov tüfəngi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən həmçinin, rayonun Pəlikeş kənd
sakini Ş.Vahabovdan isə qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi
aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Teqlər: