Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı
Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın
ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər
davam etdirilir.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, yanğınla mübarizə
tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt
Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd
helikopteri cəlb olunub.
Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və
söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam
etdirilir.
Əlavə məlumat veriləcək.