“Azərsun Holding” Sumqayıtdakı yanğınla bağlı açıqlama verib

“Azərsun Holding” Sumqayıtda “Azərsun Sənaye Parkı”nın
ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Trend xəbər
verir ki, bu barədə şirkətin rəsmi “Facebook” səhifəsində paylaşım
edilib.

Paylaşımda deyilir:

“Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın qısa
zamanda ətrafa yayılıb. Ərazidə çalışan əməkdaşların hamısı təxliyə
edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün
zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama
veriləcək”.

Teqlər: