FHN: Ötən sutka 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN)
üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və
ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan
qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AzerTimes-a bildirilib ki, Nazirliyin “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 1 nəqliyyat qəzası
və 1 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların
həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5
nəfər, o cümlədən Bakı şəhəri, Nərimanov rayonunda baş verən
avtoqəza nəticəsində iki nəqliyyat vasitəsinin arasından sıxılı
vəziyyətdə qalan 1 nəfər xilas edilib.

Həmçinin, Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğın
zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun meyiti
yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil
verilib.

Teqlər: