Martın 30-u səhərədək ölkə ərazisində hava küləkli olacaq

Martın 27-si səhərdən 30-u səhərədək Bakıda və Abşeron
yarımadasında hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin
şimal-qərb küləyi ilə əvəzlənəcəyi, küləyin maksimal sürətinin
saniyədə 15-20, arabir 23-28 metr olacağı, martın 28-i gecə və
səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 30 metrədək
güclənəcəyi gözlənilir.

Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 27-si səhərdən 30-u səhərədək ölkə
ərazisində küləkli hava şəraiti davam edəcək. Cənub-qərb, qərb
küləyinin əsəcəyi, sürətinin arabir saniyədə 15-20, bəzi yerlərdə
23-28 metr olacağı, martın 28-i gecə və səhər ayrı-ayrı yerlərdə
arabir saniyədə 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Teqlər: