FHN: Ötən sutka 38 yanğına çıxış olub, 3 nəfər xilas edilib (VİDEO)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, “112”
qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin
aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış
və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların
həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü
azyaşlı olmaqla 7 nəfər xilas olunub.

Teqlər: