Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, “112”
qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin
aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış,
3 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1
avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi, insanların həyatının xilas
olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6
nəfər, o cümlədən Bakı şəhərinin Nərimanov rayonunda intihara cəhd
edən 1 nəfər və Sabirabad rayonunun Qalağayın kəndində “КамАЗ”
markalı yük avtomobili və “BMW” markalı minik avtomobilinin
toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat
vasitəsində sıxılı vəziyyətdə qalmış sürücü xilas olunub.