FHN: Ötən gün 52 yanğına çıxış olub (VİDEO)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Fövqəladə Hallar
Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər
əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka
ərzində 52 yanğına çıxış, 2 köməksiz vəziyyətdə qalma, və 1
intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi, insanların həyatının xilas
olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i
azyaşlı olmaqla 3 nəfər, o cümlədən Lənkəran şəhərində intihar
etmək istəyən 1 nəfər xilas edilib.

Teqlər: