Çin Xalq Respublikasının Sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə
təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Çin
Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan
səmimi təbriklərimi və ən xoş arzularımı Sizə və Sizin simanızda
dost Azərbaycan xalqına çatdırmaqdan şərəf duyuram.

Çin ilə Azərbaycan dostluğun və əməkdaşlığın ənənəvi
tərəfdaşlarıdırlar. Çin-Azərbaycan münasibətləri 30 il ərzində
inkişafın sağlam və sabit dinamikasını saxlayır, siyasi qarşılıqlı
etimad davamlı surətdə dərinləşir və bütün sahələrdə əməkdaşlıq
fəal şəkildə irəliləyir, hər iki ölkə regional və beynəlxalq
səviyyələrdə sıx qarşılıqlı fəaliyyət göstərir. COVID-19
pandemiyasının yaranmasından sonra Çin və Azərbaycan bir-birinə
kömək edir və bir-birini dəstəkləyir, çətinliklərin öhdəsindən
gəlmək üçün səylərini birləşdirir ki, bu da bizim xalqlar arasında
ənənəvi dostluğu nümayiş etdirir.

Mən ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm
və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə
bildirirəm ki, Çin-Azərbaycan münasibətlərində, ölkələrimizin və
xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlıqda yeni
uğurlara nail olmaq üçün Sizinlə birlikdə səy göstərməyə
hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana
firavanlıq, tərəqqi, onun xalqına xoşbəxtlik və əmin-amanlıq arzu
edirəm”.

Teqlər: