FHN-in elmi-tədqiqat institutu akkreditasiya attestatı ilə təmin edilib

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Dövlət Əməyin Mühafizəsi və
Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu AZS İSO –
17020-2008 “İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı
üçün ümumi meyar” standartına uyğun akkreditasiya olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
təsis etdiyi Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən aparılan
akreditasiyada İnstitutun fəaliyyət istiqamətləri üzrə sözügedən
standartın tələbləri nəzərə alınaraq, keçirilən xarici audit
nəticəsində uyğunluq müəyyən edilib və İnstitut akkreditasiya
attestatına layiq görülüb.

Akkreditasiya attestatının verdiyi hüquqlar əsasında institut
tərəfindən müxtəlif layihə sənədlərinin, qurğu, maşın və
avadanlıqların texniki təhlükəsizliyə dair ekspertizası, müxtəlif
tipli qüllələrin, texniki qurğu və avadanlıqların dağıdıcı olmayan
üsulla sınağı və diaqnostikası, təhlükəli yük daşıyan avtonəqliyyat
vasitələrinin texniki müayinəsi və texniki baxışın keçirilməsi, iş
yerlərinin attestasiyası, təhlükəsizlik və texniki təhlükəsizlik
bəyannamələrinin işlənilməsi üzrə sözügedən standartın tətbiqinə
artıq başlanılıb.

Qeyd edək ki, sözügedən attestat İnstitutun həyata keçirdiyi
fəaliyyət istiqamətlərini daha keyfiyyətlə yerinə yetirməsində,
peşəkarlığının artırılması istiqamətində bütün vasitə və
imkanlardan maksimum dərəcədə istifadə etməklə təhlükə potensiallı
obyektləri istismar edən, həmçinin sənayenin digər sahələrində
fəaliyyət göstərən müəssisə və təşkilatlara dəstək olmaq
istiqamətində çox vəcib amildir.

Teqlər: