FHN-in Aran Regional Mərkəzi Mingəçevir Dövlət Universitetində maarifləndirici seminar keçirib (FOTO)

2022-ci ilin 23 may tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin
(FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə “Əhalinin
fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda
maarifləndirici seminar keçirilib. Seminarda universitetin
tələbələri və magistrantları iştirak ediblər.

Əsas məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli
fövqəladə hallar zamanı müvafiq davranış və təhlükəsizlik qaydaları
barədə tələb gənclərin məlumatlandırılması olmuşdur.

Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Həmkarlar İttifaqı
Komitəsinin sədri Ariz Abbasov fövqəladə hallarda həyat
təhlükəsizliyinin qaydalarını bilməyin vacibliyini qeyd edib,
seminarın əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürünü
bildirib.

Sonra, FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin
rəisi, mayor Elşən Bəşirov “Fövqəladə Hallar Nazirliyinin və
Nazirliyin Aran Regional Mərkəzinin fəaliyyəti”, Mülki müdafiə
tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, kapitan Vüqar
İbrahimli “Təbii və texnogen mənşəli fövqaladə hallar”, Mülki
müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Xəqani
Əliyev “Fövqəladə hal nədir? Fövqəladə hallar zamanı davranış
qaydaları” və MDU-nun müəllimi İlham Məmmədov “Mina təhlükəsizliyi”
mövzusunda çıxış ediblər.

Məruzələr ətrafında aparılan müzakirələrdən sonra seminarın
praktiki hissəsi Mingəçevir SES-in sığınacağında davam
etdirilib.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində
saxlayan MDU-da tələbələrin fövqəladə hallarda mülki müdafiə
hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq
maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

Teqlər: