Hərbi liseydə yüngül atletika üzrə yarış keçirilib (FOTO)

Cəmşid Naxçıvanski adına hərbi liseydə Azərbaycanın Milli
Qəhrəmanı Əfqan Hüseynovun xatirəsinə həsr olunan yüngül atletika
üzrə yarış keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
Dövlət himni səsləndirilib.

Proqrama uyğun olaraq kursantlar 100 və 2400 metr məsafəyə
qaçış, hündürlüyə və uzununa tullanma üzrə birincilikdə güclərini
sınayıblar.

Yekunda qaliblərə kubok və diplomlar təqdim edilib.

Teqlər: