FHN əməkdaşları ötən gün 7 nəfəri xilas edib (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 10 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə
qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları
həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, ümumilikdə, FHN-in
qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Bakı
şəhərinin Yasamal rayonunda körpüyə çıxaraq intihara cəhd edən 1
nəfər xilas olunub.

Teqlər: