Fərrux yüksəkliyində 62 itkinin olması ilə bağlı siyahı tərtib edilib

Fərrux yüksəkliyində 62 itkinin olması ilə bağlı siyahı tərtib
etmişdik. Həmin sənədlər Hərbi Prokurorluq tərəfindən
götürülüb.

AzerTimes-ın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi
İsmayıl Axundov deyib.

“Həmin 62 nəfərin hamısından DNT nümunələri götürülməyib. DNT
analizlərindən sonra meyit qalıqlarının nümunələri ailə üzvlərinin
DNT analizləri ilə eyniləşdiriləcək və sonra müəyyən edilərək
ailələrinə təhvil veriləcək. Hazırda bu istiqamətdə işlər gedir.
Eyniləşdirmə prosesi bir neçə ay davam edəcək.

Birinci Qarabağ müharibəsində tapılan cəsəd qalıqları Ermənistan
tərəfindən təhvil verilib. Bundan başqa, aparılan axtarışlar
nəticəsində 60-a yaxın meyit qalığı tapılaraq DNT analizlərinə
təqdim edilib. Fərrux kəndində isə hələlik 3 meyit qalığı
aşkarlanıb. Həmin ərazilərdə axtarışlar davam etdiriləcək.

Bundan başqa, biz Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində
də meyit qalıqları aşkar etmişik. Həmin ərazilər minalardan tam
təmizlənmədiyindən o qalıqlar hələ ərazidən tam götürülməyib. Ərazi
təmizlənəndən sonra həmin qalıqlar da götürüləcək və analizlərdən
sonra ailələrinə təhvil veriləcək”.

Teqlər: