Beynəlxalq komissiya itkin düşən şəxslərin axtarışlarında Azərbaycana yardım edəcək

Dövlət Təhıükəsizliyi Xidmətinin Şəhriyar adına Mədəniyyət
Mərkəzində itkinlərlə əlaqədar sənəd imzalanmasına dair tədbir
keçirilib.

AzerTimes-ın məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov
bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşənlərin
cəsədlərinin axtarışları və ekskumasiysı ilə bağlı Vətən
müharibəsindən sonra komissiyanın qarşısında tapşırıq qoyulub.

“Bununla əlaqədar İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya
ilə Əsir, İtkin Düşmüş və Girov götürülmüş vətəndaşlarla iş üzrə
Dövlət Komissiyası arasında sənəd imzalanıb.
Sənədə görə, beynəlxalq komissiya itkin düşən şəxslərin
axtarışlarında Dövlət Komissiyasına yardım edəcək.

Eyni zamanda, Vətən müharibəsi zamanı 6 azərbaycanlı itkin
düşüb. Onlarla bağlı da komissiyaya müraciət daxil olub. Hazırda bu
istiqamətdə işlər davam etdirilir”, – deyə komissiya sədri
bildirib.

Tədbirdə çıxış edən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq
Komissiyanın baş direktoru Katrina Bomberger bildirib ki, 90-cı
illərin münaqişəsi zamanı 40 minə yaxın insan itkin düşüb: “Həmin
şəxslərin 75 faizi tapılıb. İtkin düşmüş şəxslərin müəyyənləşdirmək
mümkündür. Bunun üçün dövlət və digər əlaqədar qurumların birgə
fəaliyyəti və qarşılıqlı əməkdaşlıq lazımdır. Bunun üçün elmi
tədqiqatların tətbiqi vacibdir. Bu işdə, həmçinin, itkin düşən
şəxslərin də iştirakı, işçi qrupa köməyi lazımdır. Azərbaycana
gələndən sonra cənab Prezidentlə, xarici işlər naziri və digər
səlahiyyətli şəxslərə görüşmüşük. Azərbaycan vətəndaşlarının
tapılması ilə bağlı əməkdaşlığımız yüksək nəticə verəcəyinə
inanırıq”.

O.Axundov bildirib ki, Niyyət protokolu Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri
Əli Nağıyev və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın
baş direktoru Katrina Bomberger tərəfindən imzalanıb: “Birinci
Qarabağ müharibəsindən 3890 nəfər, Vətən Müharibəsindən isə 6
itkinimiz var. Beynəlxalq Komissiya ilə birlikdə həmin şəxslərin
axtarlşları ilə bağlı işə başlamışıq”.

Teqlər: