AccessBank-da yeni İcraçı Direktorlar təyin olunub (FOTO)

Bu gündən etibarən AccessBank-da Mikro və KOBM üzrə İcraçı
direktor fəaliyyətə başlayır. Bu, təyinatınadək Bankın Mikro və
Aqro Müştərilər Departamentinin rəhbəri olmuş Renat Hümbətovdur. O,
17 ildir ki, AccessBank-da fəaliyyət göstərir. Cənab Hümbətov
2005-ci ildə Bankın sıralarına qoşulub, müxtəlif illərdə
AccessBank-ın Qazax və Gəncə filiallarının rəhbəri kimi fəaliyyət
göstərib.

Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində
İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili
alıb.

Digər təyinata əsasən, Ruqiyyə Əliyeva AccessBank-ın Maliyyə
üzrə İcraçı direktoru təyin edilib. O, AccessBank komandasına
2019-cu ilin dekabr ayında qoşulub və bu təyinatadək Maliyyə
Departamentinin rəhbəri vəzifəsində işləyib. AccessBank-dan öncə
isə PwC, Azərbaycan Beynəlxalq Bankı və Azerconnect kimi
şirkətlərdə audit və maliyyə üzrə rəhbər vəzifələrdə fəaliyyət
göstərib.

Ruqiyyə Əliyeva ilk ali təhsilini Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq
əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra isə
dünyanın aparıcı biznes məktəblərindən biri olan “IE Business
School”da İcraçı MBA dərəcəsini alıb.

Teqlər: