Bu ay Fələstin Dövlətinin Baş naziri Məhəmməd İbrahim Ştayyeh Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə video-konfransda görüşərək Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Məsələlərini müzakirə edəcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AzerTimes-a verilən məlumata görə, Mərkəzin həmsədrləri, Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberga və Dünya Bankının sabiq vitse-prezidenti Dr.İsmail Serageldin, o cümlədən Ərəb Liqasının sabiq Baş katibi və Misirin sabiq Xarici İşlər Naziri Amre Musa, Türkiyənin sabiq Xarici İşlər Naziri Hikmət Çətin, Rumıniyanın Baş nazirinin sabiq müavini Ana Birçall, Bosniya və Herzeqovinanın sabiq Baş Naziri, Xarici İşlər Naziri Zlatko Lagumdzija və digər nüfuzlu üzvləridə qatılacaq.
Bu layihə Fələstinin Azərbaycandakı səfirliyi ilə birgə hazırlanıb.