Braziliyada koronavirusdan daha 1 148 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 39 982 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 285 067 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 148 nəfər ölüb, ölənlərin ümumi sayı 566 896 nəfər təşkil edir.