Misir ordusu 13 terrorçunu məhv edilib

Misir Silahlı Qüvvələri Sinay yarımadasının mərkəzi və şimal hissəsində terror qruplaşmalarına qarşı əməliyyat keçiriblər.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Misir ordusu Komandanlığının bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Silahlı Qüvvələr Sinayın mərkəzi və şimal hissəsində anti-terror əməliyyatlarını davam etdirirlər. Onlar ekstremist qruplaşmanın 13 üzvünü məhv ediblər”.


Qeyd edilir ki, terrorçular atışma zamanı 1 hərbçi həlak olub, 9 hərbçi isə yaralanıb.