FED uçot dərəcəsini kəskin artıra bilər

İnflyasiya ilə mübarizə ilə əlaqədar Federal Ehtiyat Sistemi (FED) baza uçot dərəcəsini kəskin artıra bilər.

AzerTimes-ın məlumatına görə, bunu “Financial Times”a müsahibəsində FED-in sisteminə daxil olan Atlanta Federal Ehtiyat Bankının prezidenti Rafael Bostiç deyib.

Onun sözlərinə görə, hazırda bütün variantlar nəzərdən keçirilir.

“50 baza bəndi artıma ehtiyac olduğunu göstərən məlumatlar olarsa, mən belə bir addımı dəstəkləyəcəm. Hər hansı addım məntiqlidirsə, atılmalıdır”, – deyə R.Bostiç bildirib.

Qeyd edək ki, son zamanlarda FED ənənəvi olaraq baza uçot dərəcələrini bir dəfəyə 0,25%-dən çox olmayaraq artırıb və ya aşağı salıb.

Teqlər: