FAO-nun baş direktoru: Qida Təhlükəsizliyi İnstitutu dünyanın ən qabaqcıl laboratoriyalarına malikdir (FOTO)

Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları dünyanın ən
qabaqcıl laboratoriyalarından biridir.

İnstitutdan AzerTimes-a bildirilib ki, bunu Birləşmiş Millətlər
Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş
direktoru Qu Donqyu Qida Təhlükəsizliyi İnstitutunun
laboratoriyalarına baxış keçirərkən deyib.

O bildirib ki, AQTİ-də qurulan laboratoriyalarda müayinələr
yüksək peşəkarlıqla həyata keçirilir: “Hətta mən burda ən son nəsil
avadanlıqlar gördüm ki, buna qibtə etməmək mümkün deyil. Cihazlar
və avadanlıqlarla yanaşı, burada müayinələr beynəlxalq metodlar
əsasında yüksək peşəkarlıqla həyata keçirilir”

Qu Donqyu qeyd edib ki, belə laboratoriyaların fəaliyyəti
Azərbaycan üçün böyük önəm daşıyır: “Burda həm də işçi heyət
peşəkardır, səriştəlidir, eləcə də lazım olan bütün şərait və
avadanlıqlar mövcuddur. Eyni zamanda BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının xüsusi kodeksləri və təlimatları var ki,
onlara riayət olunması da çox önəmlidir”.

Teqlər: