Bazar günü hava necə olacaq? – PROQNOZ

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən
Trend
-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.
Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer
təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-75 % olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı,
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan
xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq
ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında
duman olacaq olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü
olacaq.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-18° isti,
dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.

Teqlər: