Qobustanda top mərmisi aşkarlandı

Abşeron rayonunda top mərmisi aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobustan
kəndinin ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat
daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə
yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə
müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə
baxış zamanı aşkar edilmiş sursatın bir ədəd təlim-atış xarakterli
100 mm-lik top mərmisi və onun döyüş başlığı olduğu müəyyən
edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Teqlər: