“Facebook” üz tanıma sistemindən imtina edəcək

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi üz tanıma sistemindən imtina etmək qərarına gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə sosial şəbəkənin məxsus olduğu “Meta” şirkətinin açıqlamasında deyilir.


Açıqlamada bildirilir: “Biz “Facebook”da üz tanıma sistemindən istifadəni dayandırırıq. Bundan istifadə etməyə razılıq verən insanlar artıq foto və videolarda avtomatik müəyyən edilməyəcəklər. Bir milyarddan çox insanın fərdiləşdirilmiş üz tanıma şablonlarını siləcəyik”.