Britaniyada koronavirusa 33 mindən artıq yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 33 865 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 9 130 857 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 293 nəfər, hazırkı dövrədək isə 140 964 nəfər vəfat edib.