Evi sökülən vətəndaş özünü Daxili İşlər Nazirliyinin qarşısında yandırdı

Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü
yandırıb.

Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq
verilən məlumatda bildirilir ki, həmin şəxsi polis əməkdaşları
söndürərək xəstəxanaya çatdırıblar.

“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli
idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti
olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş
hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”, –
deyə məlumatda qeyd olunub.

Teqlər: