“Euronews” Şuşada keçirilmiş V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına reportaj həsr edib (VİDEO)

“Euronews” telekanalı Şuşada keçirilmiş V “Xarıbülbül”
Beynəlxalq Folklor Festivalına reportaj həsr edib.

Trend bu barədə “Euronews”un saytına istinadən məlumat
verir.

Reportajda qeyd olunur ki, Heydər Əliyev Fondunun təşkil etdiyi
festivalda müxtəlif ölkələrdən musiqiçilər və rəqs kollektivləri,
eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor kollektivləri
iştirak edib.

Qeyd edək ki, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı
olub. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət
Qoruğu tərəfindən təşkil olunub. Bu il sayca beşinci festivala
xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən
musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif
regionlarından folklor kollektivləri qatılıblar. Festival mayın
14-dək davam edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: