Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən şəxslə bağlı Müdafiə Nazirliyindən açıqlama

Müdafiə Nazirliyi törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya
çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və
hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı açıqlama yayıb.

Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, N nömrəli hərbi
hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz
Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək
hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz
hərəkətlərə yol verib.

Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq
araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi
qarnizon Hərbi Prokurorluğuna göndərilib.

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında
Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri
tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi
Prokurorluğuna təqdim edilib.

Teqlər: