Əsədi şok edən təhdid: Sarayını bombalayacağıq!

Əsədi şok edən təhdid: Sarayını bombalayacağıq!

İsrail Suriya Prezidenti Bəşər Əsədi İranla hərbi əməkdaşlığı dayandırmayacağı və ya azaltmayacağı təqdirdə saraylarını bombalayacağı ilə hədələyib.

AzerTimes xəbər verir ki, bu barədə “Elaf” saytı məlumat yayıb.

“Təl-Əvivdən yüksək səviyyəli məmurun sözlərinə görə, İsrail rəhbərliyi ölkəsindəki əməliyyatlarını ört-basdır edən və Tehrandan qabaqcıl silahlar tədarük edən Əsədə xəbərdarlıq mesajı göndərib. O, İsrail aviasiyasının Suriyaya növbəti hücumunda prezident saraylarından birinin hədəf olacağını bildirib”, – sayt yazıb.

İsrail ordusu məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.

Teqlər: