Ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərə xərclənən vəsait artırılıb

Ötən il Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə
bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454,8 milyon manat sərf
edilib.

AzerTimes-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının
2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında qeyd
edilib.

Hesabatda qeyd edilir ki, aqrar sahədə aparılan islahat
tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni
torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan
əlavə xərclər də nəzərə alınmaqla, kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq
Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi
ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454,8 milyon manat
və ya bu məqsəd üçün dövlət büdcəsindən ayrılmış 467,5 milyon manat
məbləğində vəsaitin 97,3 faizi sərf edilib ki, bu da 2020-ci illə
müqayisədə 52,2 milyon manat və ya 13,0 faiz çoxdur.

Teqlər: