“Lukoyl” “Shell” şirkətinin Rusiyadakı aktivlərini satın alıb

Rusiyanın “Lukoyl” şirkəti Böyük Britaniyanın “Shell” şirkətinin
Rusiyadakı aktivlərini satın alıb.

Trend-in
məlumatına görə, bu barədə “Lukoyl”un açıqlamasında deyilir.

Qeyd olunur ki, Rusiya şirkəti “Shell”in ölkə ərazisindəki
yanacaqdoldurma məntəqələri şəbəkəsini, eləcə də Tver vilayətindəki
sürtkü materialları istehsalı zavodunu alıb.

Xatırladaq ki, “Shell” fevralın 28-də Rusiyadakı birgə
layihələrdən çıxdığını elan etmişdi.