Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təklif Bakı tərəfindən atılan vacib addımdır – Britaniya səfiri

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın Ermənistanla normal münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü təklif rəsmi Bakı tərəfindən atılan vacib addımdır.

AzerTimes-ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı böyük işlər həyata keçirir.

Səfir vurğulayıb ki, məcburi köçkünlər öz yerlərinə qayıtmalıdır.

Teqlər: