Almaniyada iki polis əməkdaşı güllələnib

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyanın cənub-qərbindəki Kayzerslautern şəhəri yaxınlığında iki polis əməkdaşı patrul zamanı öldürülüb.

Trend-in məlumatına görə, bu barədə yerli polis bildirib.

Qeyd olunur ki, yol hərəkətinin patrulu zamanı polis əməkdaşlarına naməlum şəxslər tərəfindən atəş açılıb.

Hazırda atəş açan şəxslərin axtarışları aparılır. Bölgədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.