Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması
ilə bağlı Azərbaycanın mövqeyi aydın və ardıcıldır. Biz, dəfələrlə
bildirdiyimiz mövqeyi yenidən təkrar etməyə lüzum görmürük.
AzerTimes xəbər verir ki, bu
barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin
Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşması ilə
əlaqədar təklifləri ilə bağlı Ermənistan xarici işlər naziri
A.Mirzoyanın söylədiklərinə dair şərhində deyilir.
“Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin
normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini
nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu
istiqamətdə irəliləməyə hazırdır.
Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman
konkret təkliflərini təqdim etməli və beləliklə də, substantiv və
nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş
etdirməlidir”, – şərhdə bildirilir.