Rumıniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

Martın 15-də Rumıniya Respublikasının Prezidenti Klaus Yohannis
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən AzerTimes-a məlumat verilib.

Telefon danışığı zamanı ikitərəfli əlaqələrin
genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Bu il Rumıniya
ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyinin qeyd olunduğu, bu dövr ərzində ikitərəfli əlaqələrin
strateji tərəfdaşlıq zəminində inkişaf etdiyi vurğulandı.

Söhbət zamanı enerji sahəsində əməkdaşlığın perspektivləri,
Rumıniyanın enerji təhlükəsizliyinin təmin olunması və enerji
təchizatının şaxələndirilməsi baxımından Azərbaycandan təbii qaz və
elektrik enerjisinin ixracı məsələləri müzakirə olundu.

Həmçinin, telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq
doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi
apardılar.

Teqlər: