Ermənistanın Beynəlxalq Məhkəmədəki arqumentləri özünə qarşı çevrilə bilər – “National Interest”

Ermənistanın BMT-nin Beynəlxalq Məhkəməsindəki arqumentləri
özünə qarşı çevrilə bilər, çünki onlar mədəni irsin məhv edilməsi
və irqi ayrı-seçkilik ittihamlarına açıqdır.

AzerTimes-ın məlumatına görə, bu barədə Kanada Beynəlxalq
Münasibətlər İnstitutunun elmi işçisi Robert Katlerin “National
Interest” jurnalında dərc olunan “Ermənistan-Azərbaycan
münaqişəsində qərəzliliyin aradan qaldırılması” məqaləsində
deyilir.

Məqalədə qeyd olunur ki, məhkəmə irqi ədavətin qızışdırılması və
təbliğatının qarşısını almaq üçün bütün lazımi tədbirlərin
görülməsi ilə bağlı Azərbaycanın Ermənistana qarşı iddiasını təmin
edib. Eyni zamanda, məhkəmə Ermənistanın təklif etdiyi “hərbi
əsirlər/girovlar” ifadəsindən istifadə etmək iddiasını rədd edib.
Əvəzində məhkəmə “şəxslər” sözünün işlədilməsinə qərar verib. BMT
Beynəlxalq Məhkəməsi, həmçinin Ermənistanın bu şəxslərin “fizioloji
vəziyyətinin müstəqil tibbi qiymətləndirilməsi” ilə bağlı
müracətini rədd edib.

“Məhkəmənin Ermənistanın bu məsələ ilə bağlı arqumentlərini rədd
etməsi ilə aydın olur ki, “hərbi əsirlər” məsələsi ilə bağlı
istənilən manipulyasiya və ya siyasiləşdirmə anti-Azərbaycan
ritorikası kimi şərh edilə bilər”, – R.Katler yazır.

Müəllif qeyd edir ki, məhkəmə Ermənistanın bir sıra
vəsatətlərini, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində “erməni irsi”nə “giriş və istifadə hüququ” barədə
iddialarını rədd edib.

“Məhkəmə həmçinin Ermənistanın Azərbaycanı “erməni tarixi, mədəni
və dini irsinin” qorunması səylərini təşviq etmək və onların
qorunmasına mane olmamağa vadar etmək tələbini qəbul etməyib”, –
R.Katler yazır.

Məqalədə qeyd olunur ki, bundan əlavə, Beynəlxalq Məhkəmə
Ermənistanın bu “miras”ın “dəyişdirilməsinin” qarşısının alınması
və qadağan edilməsi tələbini rədd edib. Məhkəmə “erməni irsi”
abidələrinin vandalizm və təhqiramiz hərəkətlərinin qarşısının
alınması ilə bağlı qərarla kifayətlənib.

Məqalədə deyilir ki, 1990-cı illərin əvvəllərində Ermənistanın
işğalı nəticəsində öz torpaqlarını tərk etməyə məcbur olmuş,
Qarabağ və ətraf rayonlardan olan 700 minə yaxın azərbaycanlıya
qarşı törədilmiş etnik təmizləmə faktları kifayət qədər
sənədləşdirilib.

“Belə hərəkətlərin Ermənistan üçün xarakterik olduğunu qeyd
etmək olar”, – məqalədə qeyd olunur.

Məqalədə qeyd olunur ki, irlandiyalı senator Pol Qavan Avropa
Şurasına təqdim etdiyi hesabatda “Dağlıq Qarabağ” anlayışını özü
özünü elan etmiş rejimin adı kimi deyil, coğrafi region adı kimi
istifadə edir.

Bu hesabatda həm də Ermənistanın işğal zamanı Azərbaycan
ərazilərində ətraf mühitə vurduğu ziyana dair ətraflı şəkildə
sənədləşdirilmiş sübutlar təqdim olunur. Burada həmçinin deyilir
ki, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında 65 məscidi,
eləcə də qəbiristanlığı təhqir edib və dağıdıb.

“Təkcə müsəlman obyektləri dağıdılmayıb. Qarabağ bölgəsində
pravoslav məbədinin də dağıdılması barədə videoreportaj mövcuddur”,
– məqalədə deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: