Ermənistanda artıq dərk etməyə başlayıblar ki, sülh prosesinə əngəl olmaq ölkənin xeyrinə deyil – Svante Kornell

Şuşa. Trend:

Ermənistanda artıq dərk etməyə başlayıblar ki, sülh prosesinə
əngəl olmaq ölkənin xeyrinə deyil.

Trend-in məlumatına görə, bunu İsveçin
Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun direktoru Svante
Kornell Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda
beynəlxalq konfrans zamanı deyib.

“Ermənistanın regiondakı vəziyyətlə bağlı mövqeyini bir anda
dəyişmək mümkün deyil. Amma, görünür, Ermənistanda da başa düşməyə
başlayıblar ki, baş verənlər ölkənin xeyrinə deyil və ona yeni
strategiya lazımdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti Qarabağın erməni
işğalında olduğu müddətdə orada nə baş verdiyini dəqiqliklə bilə
bilməzdi.

“İndiyədək biz burada olan reallıqları görə bilmirdik. Amma
Şuşada olarkən biz hər şeyi öz gözümüzlə görürük”, – S.Kornell
deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: