DİN Göyçayda polisin xəsarət alması xəbərinə münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) Göyçay sakininin polisə xəsarət
yetirməsi ilə bağlı hadisəyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə,
aprelin 27-si saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində
kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının
kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə
yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama
dəvət edən RPŞ-nin əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə
məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni
sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti
yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət
nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə)
maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Teqlər: