Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər
məsələləri üzrə ikitərəfli məsləhətləşmələr çərçivəsində 28 aprel
2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd
dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin
delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası
Prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir,
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Rusiya
nümayəndə heyətinin başçısı Mixail İvanoviç Petrakovun rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən
Trend
-ə verilən məlumata görə, görüşdən öncə Rusiya
Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakovun başçılıq etdiyi
nümayəndə heyəti ilə Azərbaycan Respublikası Prezidentinin sərhəd
və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun
rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli
məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı Xəzər dənizinin
hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı
məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı
dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi
əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri ətrafında fikir
mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramovla görüş zamanı Xəzər məsələləri üzrə
əməkdaşlıq, eləcə də delimitasiya və kommunikasiyaların açılması da
daxil olmaqla, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan
Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin
üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələlər müzakirə
edilib.

Həmçinin, ikitərəfli gündəliyin geniş spektrini əhatə edən
məsələlər üzrə də fikir mübadiləsi aparııb.

Teqlər: