Ermənistan Ukraynaya qarşı hərbi əməliyyatlara qoşuldu – Qırıcılarını göndərdi

Ermənistan 4 hərbi təyyarəsini və pilotlarını Ukraynada
döyüşlərdə istifadə olunması üçün Rusiyaya yola salıb.

Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.

Yayılan məlumatda qeyd olunur ki, Ermənistan martın 25-də 4 ədəd “Su-30” tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotlarla
birgə Rusiyanın tabeliyinə verib.

Telekanal bildirir ki, Ukraynada itkilərlə üzləşən Rusiya
Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilmiş
sülhməramlıların bir hissəsini, eləcə də zirehli texnikaları Laçın
dəhlizi vasitəsilə Ermənistana geri çəkib, oradan isə hərbi yük
təyyərəsi ilə Rusiya ərazisinə yola salıb.

Bundan başqa, materialda qeyd olunur ki, suriyalı muzdlu
döyüşçülər Ukraynada döyüşlərə cəlb olunmaq üçün Ermənistan
ərazisindən Rusiyaya yola salınır.

Teqlər: